• İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • “Hemofiliyanın müalicəsində yeni yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirildi
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

6 DEKABR 2018

İSİM-in nümayəndəsi Daşkənd şəhərində keçirilən regional görüşdə iştirak etdi

3-4 dekabr 2018-ci il tarixdə Özbəkistanın paytaxtı Daşkənd şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiya Nümayəndəliyinin təşəbbüsü ilə ekspertlərin regional görüşü keçirildi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev görüşdə və bu çərçivədə keçirilən təlimlərdə iştirak etdi.

"Tibbi və elmi məqsədlər üçün nəzarətdə olan dərman vasitələrinə çıxışın genişləndirilməsi" mövzusunda keçirilən təlimlərdə – nəzarətdə olan dərman vasitələrinin istifadəsi zamanı əlavə təsirlərin aşkarlanması, qiymətləndirilməsi və qarşısının alınması istiqamətində beynəlxalq səviyyədə həyata keçirilən fəaliyyətlərdən bəhs edildi, o cümlədən nəzarətdə olan dərman qrupları ilə işləmək üçün prioritet məsələlər müzakirə olundu. Tədbir çərçivəsində T.Musayev “Azərbaycanda nəzarətdə olan dərman vasitələrinə çıxış – ümumi baxış” və “Nəzarətdə olan dərman vasitələrinin mövcudluğu və həmin dərmanlara çıxışın genişləndirilməsi üçün əsas elementlər” mövzularında təqdimatlarla çıxış etdi. O, Azərbaycanda dərman və tibb vasitələri ilə davranışın hüquqi və təşkilati əsaslarının müəyyən edilməsi, bu sahədə yaranan münasibətlərin tənzimlənməsinin “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə müəyyən olunduğunu vurğuladı.

Sonda yerli, regional və beynəlxalq təcübələri paylaşmaq məqsədi ilə mövzu ətrafında səmərəli fikir mübadiləsi aparıldı.