3 DEKABR 2018
Astara gəncləri “Qazanılmış immun çatışmazlığı sindromunun yayılma yollarının qarşısının alınması” mövzusunda məlumatlandırıldılar
3 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Astara rayon Heydər Əliyev Mərkəzində “Qazanılmış immun çatışmazlığı sindromunun yayılma yollarının qarşısının alınması” (QİÇS) mövzusunda tədbir təşkil olundu.
Astara rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Bilik Fondunun nümayəndələri və rayon sakinlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova gənclərin tibbi sahədə maarifləndirilməsinin vacibliyini, bu istiqamətdə bölgələrdə keçirilən tədbirlərin əhəmiyyətini vurğuladı. Astara rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov immun çatışmazlığı virusuna qarşı ölkəmizdə görülən tədbirlərdən danışdı. Bilik Fondunun nümayəndəsi Abbas Əliyev zərərli vərdişlərə qarşı mübarizə, sağlam həyat tərzinin təbliği isitiqamətində İSİM ilə birgə təşkil etdilən maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açdı. İSİM-in həkim-metodisti Lətafət Dadaşova geniş təqdimatla çıxış edərək, QİÇS xəstəliyi, gənclər arasında bu xəstəliyin yayılma təhlükəsi, virusdan qorunmanın əsas yolları barədə ətraflı məlumat verdi. O, dünyada aktual olan bu problemin Səhiyyə Nazirliyinin daim diqqət mərkəzində saxladığını vurğulayaraq, hər kəsə pulsuz, anonim qaydada QİÇS-lə bağlı testdən və tibbi müaynədən keçməyi tövsiyə etdi.
Tədbirin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, gənclərin sualları cavablandırıldı və İSİM tərəfindən QİCS-in profilaktikası isitiqamətində hazırlanan maarifləndirici materiallar tədbir iştirakçılarına paylanıldı.