Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində Tərtər rayonunda zona toplantısı keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

18 OKTYABR 2018

Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində Tərtər rayonunda zona toplantısı keçirildi

17 oktyabr 2018-ci il tarixdə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində Tərtər rayonunda zona toplantısı keçirildi. Tərtər rayon Mədəniyyət evində keçirilən tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, rayon rəhbərliyi, Yuxarı Qarabağ iqtisadi rayonuna daxil olan rayonların gəncləri iştirak etdilər.

Toplantı başlamazdan əvvəl Rayon İcra Hakimiyyətinin qarşısındakı mərkəzi meydanda hərbçilərin  xüsusi hazırlıqlarının nümayişi oldu. Toplantını giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov gənclərin cəmiyyətin inkişafındakı əvəzsiz  rolundan danışdı və bildirdi ki, belə tədbirlər, görüşlər yeni nəslin sağlam inkişafında mühüm əhəmiyyət daşıyır. Digər rəsmilərin də çıxışından sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin  həkim-metodisti Lətafət Dadaşova “Gənc nəslin sağlamlığının qorunması, qeyri-infeksion xəstəliklərə yoluxmanın qarşısının alınması və səhiyyədə ən son texnologiyalar” mövzusunda toplantı iştirakçılarına geniş məlumat verdi. O, dünya miqyasında, o cümlədən Azərbaycanda qeyri-infeksion xəstəliklər üzrə mübarizənin səhiyyə sisteminin əsas prioritet vəzifələrindən biri olduğunu vurğulayaraq, gəncləri zərərli vərdişlərdən uzaq olmağa, öz sağlamlıqlarına məsuliyyətlə yanaşmağa, sağlam həyat tərzi keçirməyə çağırdı.

Toplantı iştirakçıları tərəfindən yeni nəslin sağlam inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, gəncləri maraqlandıran suallar cavablandırıldı.