15 OKTYABR 2018
Orta məktəbdə "Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq!" mövzusunda tədbir keçirildi
12 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Nəsimi Rayon Polis İdarəsinin birgə təşkilatşılığı ilə 240 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Esmira Məmmədova zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğuladı.
Nəsimi Rayon Polis İdarəsinin rəis-müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyi bildirdi.
İSİM-in həkim-metodisti Zümrüd Kazımova "Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq!" mövzusunda təqdimatla çıxış edərək, zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar, fiziki və psixi asılılıq barədə gəncləri məlumatlandırdı.
Z.Kazımova narkomaniyaya qarşı mübarizə sahəsində İSİM tərəfindən keçirilən maarifləndirici tədbirlər və görülən işlər barədə danışaraq, gənclərə müvafiq tövsiyələrini çatdırdı.
Tədbirin yekununda gəncləri maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici bukletlər təqdim olundu.