• “Hemofiliyanın müalicəsində yeni yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirildi
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

15 OKTYABR 2018

Orta məktəbdə "Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq!" mövzusunda tədbir keçirildi

12 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Nəsimi Rayon Polis İdarəsinin birgə təşkilatşılığı ilə 240 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Esmira Məmmədova zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğuladı.

Nəsimi Rayon Polis İdarəsinin rəis-müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyi bildirdi.

İSİM-in həkim-metodisti Zümrüd Kazımova "Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq!" mövzusunda təqdimatla çıxış edərək, zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar, fiziki və psixi asılılıq barədə gəncləri məlumatlandırdı. 

Z.Kazımova narkomaniyaya qarşı mübarizə sahəsində İSİM tərəfindən keçirilən maarifləndirici tədbirlər və görülən işlər barədə danışaraq, gənclərə müvafiq tövsiyələrini çatdırdı.

Tədbirin yekununda gəncləri maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici bukletlər təqdim olundu.