Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

5 OKTYABR 2018

Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Finlandiya Tibb və Elm Cəmiyyəti (Duodecim Medical Publications Ltd.) arasında Sübutlara Əsaslanan Tibbi Təlimatların (EBMG – Evidence-Based Medicine Guidelines) Azərbaycanda tərcüməsi, lokallaşdırılması və onlayn yayılması ilə bağlı müqavilə imzalanıb. Nəzərdə tutulan işin icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə həvalə edilib. Beləliklə, ingilis dilində 1000-ə yaxın beynəlxalq klinik protokol azərbaycanlı həkimlərin istifadəsi üçün tezliklə mümkün olacaq və onlar tədricən Azərbaycan dilinə tərcümə ediləcək.

İlk növbədə, daha çox rast gəlinən xəstəlik və vəziyyətlər barədə protokollar tərcümə edilərək nəşr olunacaq. Nəticədə, Azərbaycanın tibb işçiləri Avropa səhiyyəsindəki ən yaxşı standartları öz fəaliyyətlərində tətbiq etmək, vətəndaşlar isə öz növbəsində, hansı xəstəxanada və ya hansı həkim tərəfindən tibbi yardım alacağından asılı olmayaraq yüksək səviyyədə tibbi yardım almaq imkanı qazanacaqlar.

Qeyd edək ki, dünyanın tanınmış tibb mütəxəssisləri tərəfindən yaradılan və tibbi sübutlara əsaslanan bu informasiya resursundan Avropa və keçmiş SSRİ-nin 10-dan çox ölkəsinin həkimləri istifadə edirlər və artıq onların sırasına  azərbaycanlı həkimlər də qoşulurlar.

Məlum olduğu kimi, dünya tibb elminin yeni məlumatlarının həcmi sürətlə artır və müasir dövrdə həkimlərin fəaliyyətini tibbi qərarların dəstəklənməsi sistemi olmadan təsəvvür etmək mümkün deyil. Tibbi praktikada yeni klinik protokolların istifadəsi Azərbaycanda sübutlara əsaslanan tibbin tətbiqinin ən vacib yollarından biridir və  tibbi sübutlara əsaslanan klinik protokollar əsasən təcrübə həkimləri üçün metodik tövsiyələrdir.

Bu protokollarla yanaşı, Azərbaycan həkimləri üçün sübutlara əsaslanan Cochrane Library, MedLine, PubMed beynəlxalq məlumat bazalarından 4000-dən çox elmi məqalə, 1400 tibbi şəkil və video kolleksiyası, kalkulyator və səs faylları yerləşdiriləcək.