Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

3 OKTYABR 2018

Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi

Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması və “Körpə dostu klinikası” təşəbbüsünün təbliği ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 3 oktyabr 2018-ci ildə dəyirmi masa təşkil olundu. Bakı şəhəri üzrə doğum evləri, qadın məsləhətxanaları və uşaq poliklinikalarının baş həkimlərinin iştirakı ilə keçən dəyirmi masada bir daha vurğulandı ki,  ana südü körpələrin sağlam inkişafı üçün ən ideal qidadır.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək bildirdi ki, respublikamızda Səhiyyə Nazirliyi ilə YUNİSEF-in (UNICEF)  birgə təşkilatçılığı ilə hər ilin avqust və oktyabr aylarının ilk həftələrində ana südünün üstünlüklərinə həsr edilən “Ana südü həftəsi” keçirilir. O, ana südü ilə qidalanan uşaqların sayını artırmaq üçün təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində, əhali arasında geniş maarifləndirmə işlərinin aparıldığını diqqətə çatdırdı. UNICEF-in Azərbaycandakı nümayəndəsinin müavini Min Yuan körpələrin inkişafında ana südü ilə qidalanmanın əhəmiyyətindən söz açdı. O bildirdi ki, Azərbaycan hökuməti və UNICEF anaların öz körpələrini ana südü ilə qidalandırmasına daha yaxından kömək etmək məqsədilə geniş ictimai maarifləndirmə kampaniyalarına, “Körpə dostu klinikası” təşəbbüsünün yenidən bərpasına birgə səy göstərir. Ana südü ilə qidalanmaya dair video-çarxın nümayişindən sonra İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Şəhla Mirzəzadə geniş təqdimatla çıxış etdi. O, ana südü ilə qidalanmanın körpələrə və analara olan faydaları barədə, “Körpələrin dostu klinikası” təşəbbüsünün təbliği ilə bağlı ətraflı məlumat verdi.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı və bir daha vurğulandı ki, ana südü ilə qidalandırma körpələrin və anaların sağlamlığını qorumağın ən effektiv yoludur.

Yekunda iştirakçılara İSİM tərəfindən hazırlanan maarifləndirici materiallar paylanıldı.

Şəkillərlə burada tanış olmaq olar.