• İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • “Hemofiliyanın müalicəsində yeni yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirildi
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

7 AVQUST 2018

“Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu

BMT-nin Uşaq Fondu (UNİCEF) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ölkəmizdə avqust ayının 1-dən 7-dək “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” keçirilir. Ana südü ilə qidalanmanı təşviq və təbliğ etmək məqsədilə UNİCEF və Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan maarifləndirici materiallar 1-7 avqust 2018-ci il tarixdə “Asan xidmət” mərkəzlərində əhaliyə paylanıldı.

Bu tarix ana südü ilə qidalandırmanın qorunması, təşviqi və dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNİCEF, dövlət siyasətçiləri və digər təşkilatlar tərəfindən 1990-cı ilin avqust ayında imzalanan “Inocenti Deklarasiyası”nın xatirəsinə həsr edilir. UNİCEF və ÜST-ün 31 iyul 2018-ci il tarixli birgə hesabatına əsasən, il ərzində 78 milyona yaxın körpə və ya hər 5 uşaqdan biri dünyaya gəldiyi ilk saatda ana südü ilə qidalanmır, bu da onların xəstəliyə yoluxma və ölüm riskini artırır.

ÜST körpə doğulandan bir saat sonra başlayaraq, ilk 6 ayına qədər yalnız ana südü ilə qidalanmanı tövsiyə edir. Bundan sonra, 2 yaşa qədər və ya daha uzun müddətdə əmizdirməyə davam edilərkən əlavə bəsləyici qidalar da uşağın qidalanmasında yer almalıdır.

Ana südü körpəni ehtiyacı olan bütün qida maddələri ilə təmin etməyin ən yaxşı yoludur.

Belə ki, hər bir ana bilməlidir ki, dünyaya göz açan körpəni əmizdirmək onun müqəddəs borcudur. Bu istiqamətdə mövcud problemləri araşdırmaq, onları aradan qaldırmaq, körpələri ana südü ilə qidalandırmağın təbliği istiqamətində UNİCEF və Səhiyyə Nazirliyinin apardığı məqsədyönlü tədbirlər nəticəsində son illərdə ana südü ilə qidalandırma göstəriciləri əvvəlki illərlə müqayisədə xeyli yüksəlmişdir.

Şəkillərlə burada tanış olmaq olar.