• İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • “Hemofiliyanın müalicəsində yeni yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirildi
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

27 İYUL 2018

Quba Mərkəzi Rayon Xəstəxanasında tibb işçiləri üçün təlimlər keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2018-ci il üçün mülki müdafiə üzrə tədbirlər Planına əsasən, BMT-nın Əhali Fondu tərəfindən strateji araşdırmalar, strateji siyasətin işlənib hazırlanması və fövqəladə hallara qarşı hazırlıq sahələrində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində “Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” layihəsi həyata keçirilir.

Layihənin icrası ilə əlaqədar  25-26 iyul 2018-ci il tarixdə  Quba Mərkəzi Rayon Xəstəxanasında humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə MİXP-nin  əlaqələndirilməsi və tətbiqi üzrə təlimlər təşkil olundu. Təlimlər İSİM-in mütəxəssisləri Səbinə Babazadə və Teymur Hüseynov, eləcə də Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutunun mütəxəssisləri Leyla Məmmədova və Gülnarə Rzayeva tərəfindən aparıldı. Quba, Xaçmaz, Qusar, Siyəzən və Şabran Mərkəzi Rayon Xəstəxanalarının tabeliyində olan tibb müəssisələrinin müalicə işi üzrə müavinləri, mama-ginekoloqlar, o cümlədən təcili və təxirəsalınmaz tibbi stansiyalarının baş həkimləri təlimlərdə iştirak etdilər.

Təlimin ilk günündə tibb işçilərinin fövqəladə hallara hazırlığının yoxlanılması məqsədilə   simulyasiya keçirildi və “zərərçəkmiş” hamilə qadınlara ilkin yardım olundu. Təlimin ikinci günündə isə, göstərilən tibbi yardımlar ətrafında fikir mübadiləsi aparıldı, müzakirələr keçirildi və tibb işçilərinə müvafiq metodiki tövsiyələr verildi.