• “Hemofiliyanın müalicəsində yeni yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirildi
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

29 İYUN 2018

“Autizm spektrum pozuntusu” mövzusunda dəyirmi masa keçirildi

29 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), “Lider qadınlar” İctimai Birliyi və “Birgə və Sağlam” İctimai Birliyinin dəstəyi ilə “Autizm spektrum pozuntusu” mövzusunda dəyirmi masa keçirildi.

Tədbirdə Milli Məclisin deputatları, dövlət və qeyri-hökumət  təşkilatlarının nümayəndələri, o cümlədən ABŞ-dan dəvət olunmuş mütəxəssislər Andy Shih, Marina Əzimova və Türkiyədən dəvət olunmuş mütəxəssis Canan Tanidir iştirak edirdilər.

Tədbiri giriş sözü ilə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov açaraq, ölkəmizdə autizmlə bağlı vəziyyət barədə məlumat verdi, dövlət və qeyri-dövlət qurumları tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açdı.

O bildirdi ki, Azərbaycanda autizmli uşaqların sayını müəyyənləşdirmək üçün ölkə miqyasında tədqiqat aparılmalıdır: “Gələcəkdə Azərbaycanda bu istiqamətdə tədqiqatların aparılması planlaşdırılır. Autizmin uşaqda özünü göstərən tipik əlamətləri ətrafa laqeyd olması, adına reaksiya verməməsi, barmağı ilə istədiyi əşyanı göstərməməsi, yemək yemə problemləri və sairdir”. ABŞ-dan dəvət olunmuş mütəxəssislər – Marina Əzimova və Endi Şih (Andy Shih), həmçinin Türkiyədən dəvət olunmuş mütəxəssis Canan Tanidir çıxış edərək, autizm pozuntusu olan uşaq və yeniyetmələrin reabilitasiyasında yaşanan çətinliklərdən danışdılar. Cəmiyyətin hər bir üzvünün onlarla münasibətdə diqqətli olmasının vacibliyini qeyd edən mütəxəssislər autizmin xəstəlik deyil, fərqlilik olduğunu vurğuladılar.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ATU-nun professoru İkram Rüstəmov, Milli QHT Forumunun səhiyyə bölməsinin sədri Ziba Nəbiyeva, İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova və digər mütəxəssislər çıxış edərək, autizmli insanların reabilitasiyası istiqamətində ölkəmizdə görülən işlər barədə ətraflı məlumat verdilər, bu istiqamətdə həyata keçirilən tədbirlərin böyük əhəmiyyət daşıdığını bildirdilər.

KİV nümayəndələrinin iştirakı ilə keçən dəyirmi masada mövzu ilə bağlı geniş fikir mübadiləsi aparıldı, təkliflər qeydə alındı və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.