SOS Uşaq Kəndində “İlk tibbi yardımın göstərilməsi” üzrə təlim təşkil olundu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

30 MAY 2018

SOS Uşaq Kəndində “İlk tibbi yardımın göstərilməsi” üzrə təlim təşkil olundu

30 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin  dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə SOS Uşaq Kəndində “İlk tibbi yardımın göstərilməsi” üzrə təlim keçirildi.

Təcili və təxirəsalınmaz yardım üzrə ekspert, “İlk yardım” adlı dərs vəsaitinin müəllifi Malik Abbasov müəllim və valideyn auditoriyası qarşısında bu mövzuda maarifləndirici mühazirə ilə çıxış etdi. Hadisə yerində (işdə, küçədə, evdə və s.) bir sıra sadə xilasetmə tədbirlərini yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almağın mümkün olduğunu vurğulayan mütəxəssis qeyd etdi ki, istənilən vaxtda və məkanda baş verə biləcək bədbəxt hadisə, yaxud qəfil xəstələnmə vəziyyətlərində yaxınlıqda tibb işçisi olmadıqda  digər şəxslər zədələnənlərə ilk yardım göstərməyi bacarmalıdırlar. Bu sahədə məlumatlı olmağın vacibliyindən danışan M. Abbasov xüsusi manikendən istifadə etməklə, tənəffüs dayandığı halda süni tənəffüs verilmə və ürəyin qapalı masajının düzgün icra qaydalarını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Bu cür vəziyyətdə ürəyin yerinin düzgün təyin olunması, masaj zamanı əllərin döş qəfəsi üzərində yerləşdirilmə qaydası, eləcə də digər zəruri addımlar mütəxəssis tərəfindən aydın izah edildi. 

Tədbirdə həmçinin tənəffüs yoluna yad cismin düşməsi zamanı göstəriləcək ilk yardım qaydaları da bilavasitə praktiki qaydada diqqətə çatdırıldı, hər hansı travma zamanı qan damarları, əzələlər və ətraf sümüklərin zədələnməsi, yanıqlar, burxulma, bayılma zamanı göstərilməli olan təxirəsalınmaz tədbirlərdən danışıldı.

Müəllim və valideyn auditoriyasının böyük marağına səbəb olan tədbirdə ekspertin təxirəsalınmaz yardımla bağlı nəzəri və əyani təqdimatı iştirakçılar tərəfindən diqqətlə dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı.