İSİM-in mütəxəssisi Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksində "Zərərli vərdişlər: tütün və narkomaniya" mövzusunda mühazirə ilə çıxış etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

8 MAY 2018

İSİM-in mütəxəssisi Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksində "Zərərli vərdişlər: tütün və narkomaniya" mövzusunda mühazirə ilə çıxış etdi

8 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Məktəblinin dostu” layihəsi çərçivəsində Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksində tələbələr üçün maarifləndirici tədbir təşkil olundu.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Lətafət Dadaşova "Zərərli vərdişlər: tütün və narkomaniya" mövzusunda mühazirə ilə çıxış edərək zərərli vərdişlərin insan sağlamlığına zərərindən, cəmiyyət üçün təhlükəsindən söz açdı.

Gənclərə sağlamlıqlarına daha məsuliyyətlə yanaşmağı tövsiyə edən mütəxəssis onları zərərli vərdişlərdən (siqaret, narkotik maddələr, spirtli içkilər) uzaq olmağa səslədi.

Natiq qeyd etdi ki, tütündən istifadə nəinki insanın öz sağlamlığı, həmçinin ətrafdakıların səhhəti üçün ciddi təhlükə mənbəyidir. İSİM-in mütəxəssisi bu baxımdan ölkəmizdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında qəbul olunan qanunun əhalinin sağlamlığının qorunması sahəsində və ikincili tütünçəkmənin artan təhlükələrinə qarşı daha məqsədyönlü mübarizə aparılmasına şərait yaratdığını vurğuladı.

Bəşəriyyətin digər müasir bəlalarından olan narkomaniyanın cəmiyyətdə törətdiyi bəlalardan danışan L.Dadaşova onun insan orqanizmində yaratdığı fəsadlar, fiziki və psixi asılılıq barədə tələbələri məlumatlandırdı.

Narkotik vasitələrə aludəçiliyin cinayətkarlıq, zorakılıq və digər mənfi halların yaranmasına zəmin yaratdığını qeyd edən natiq, narkomaniya ilə mübarizədə dəstək olaraq gənclərin ətrafı, ailə, dostlar, və oxuduqları təhsil müəssisələrinin də önəmli yer tutduğunu vurğuladı.

Tədbirin sonunda L.Dadaşova tələbələri zərərli vərdişlərdən uzaq olmağa çağırdı, aktiv həyat tərzi keçirməyi, əlavə məşğuliyyətlər, yaradıcılıqla məşğul olmağı tövsiyyə etdi.