“Sağlam həyat tərzi və qeyri-infeksion xəstəliklərin profilaktikası” mövzususunda tədbir Sumqayıtda tələbələr tərəfindən maraqla qarşılandı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

7 MAY 2018

“Sağlam həyat tərzi və qeyri-infeksion xəstəliklərin profilaktikası” mövzususunda tədbir Sumqayıtda tələbələr tərəfindən maraqla qarşılandı

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) dəstəyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə orta ixtisas təhsil müəssisələrində keçirilən tədbirlər davam etdirilir.

Növbəti tədbir 4 may 2018-ci il tarixdə Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Texniki Kollecində baş tutdu.

İSİM-in həkim-metodisti Lətafət Dadaşova “Sağlam həyat tərzi və qeyri-infeksion xəstəliklərin  profilaktikası” mövzusunda tələbələr qarşısında geniş təqdimatla çıxış edərək, qeyri-infeksion xəstəliklər qrupuna daxil olan dörd  əsas patologiya: ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər, xroniki obstruktiv ağciyər xəstəlikləri və şəkərli diabet barədə tələbələrə məlumat verdi. 

O, gənclərə səslənərək bildirdi ki, sağlamlığı qorumaq üçün erkən yaşlardan aktiv həyat tərzi keçirmək, bədən tərbiyəsi və idmanla məşğul olmaq, şəxsi gigiyena normalarına riayət etmək, alkoqol, siqaret və narkotiklərdən uzaq durmaq, düzgün qidalanmaq lazımdır. 

Azərbaycanda 13-15 yaşda yeniyetmələrin tütündən istifadəsinin statistikası və fəsadlarını diqqətə çatdıran L.Dadaşova bildirdi ki, siqaretin tərkibində xərçəng xəstəliyinə səbəb olan zərərli qazlar, kimyəvi maddələr və təhlükəli metallar mövcuddur.

Fiziki aktivliyin önəmindən danışan natiq, mütəmadi hərəkətlərin qeyri-infeksion xəstəliklərin yaranma riskini azaltdığını, oynaqlar, əzələ və sümükləri möhkəmləndirdiyini, bədəni depressiya, qorxu və stressdən qoruduğunu qeyd etdi.

Tədbirin sonunda L.Dadaşova gənclərə sağlam həyat tərzi ilə bağlı məsləhətlər verdi, onları maraqlandıran sualları cavablandırdı və İSİM tərəfindən hazırlanmış “Sağlam həyat tərzi və qeyri-infeksion xəstəliklərin  profilaktikası” mövzusunda məlumatlandırıcı kitabçalar və bukletlərlə tələbələri tanış etdi.