• “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

30 APREL 2018

Bölgələrdə əhali arasında aparılan müayinə və müalicə tədbirləri davam edir

Azərbaycan Prezidentinin tapşırığına əsasən, bu il fevralın 12-dən başlayaraq respublika əhalisinin tibbi müayinədən keçirilməsi tədbirləri uğurla davam edir. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə regionlara üz tutmuş dövlət tibb müəssisələrinin yüksək ixtisaslı həkim briqadaları tərəfindən rayonlarda əhali müayinə olunur və onlara müvafiq tibbi xidmət göstərilir.

Tibbi müayinələrin səmərəli aparılması üçün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) bu sağlamlıq aylığı çərçivəsində dövlət tibb müəssisələrinin regionlara üz tutmuş həkim briqadalarının fəaliyyətinə müvafiq təşkilati dəstəyini göstərməkdə davam edir. Bu məqsədlə İSİM-in mütəxəssisi Aris Rüstəmov Şabran, Xaçmaz, Kürdəmir, Salyan rayonlarına ezam olundu. 27-28 aprel 2018-ci il tarixlərinə təsadüf  edən ezamiyyə müddətində A. Rüstəmov həmin ərazilərdə əhalini tibbi müayinələrdən keçməyə təşviq edərək, onları profilaktik tibbi baxışların vacibliyi və əhəmiyyəti barədə ətraflı məlumatlandırdı. Tibbi müayinələrin səmərəli aparılması, əhalinin  məmnunluğunun təmin edilməsi üçün İSİM-in mütəxəssisi həmçinin yerlərdə tibb personalı ilə görüşlər keçirdi. O, həkimlər və paytaxtdan gəlmiş briqadalar arasında əlaqələr yaradaraq, müayinə prosesinin daha keyfiyyətli təşkilinə yardımçı oldu. 

Qeyd edək ki, Səhiyyə Nazirliyinin “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” 30.01.2018-ci il tarixli sərəncamına əsasən, xəstəliklər aşkar olunduğu halda pasiyentlər yerlərdə, zərurət yarandığı halda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb edilirlər. Odur ki, səhhətinizə diqqətlə yanaşın, yaşayış ərazisi üzrə tibb müəssisəsinə vaxtında müraciət edin və profilaktik tibbi müayinədən keçin!