Şagirdlərə gigiyena qaydaları barədə məlumat verildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

26 APREL 2018

Şagirdlərə gigiyena qaydaları barədə məlumat verildi

26 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkil etdiyi "Təmizlik - sağlamlıqdır" mövzusunda mühazirə keçirildi.

Yasamal rayonu 53 №-li tam orta məktəbdə təşkil olunan tədbirdə İSİM-in mütəxəssisi Zümrüd Kazımova geniş təqdimatla çıxış edərək, iştirakçılara gigiyena qaydaları barədə ətraflı məlumat verdi. Gigiyena qaydalarına riayət etməyin insanın sağlamlığında mühüm rol oynadığını vurğulayan mütəxəssis bildirdi ki, təmizlik orqanizmin mikroblara qarşı yüksək müqavimətə sahib olması üçün başlıca şərtdir. Məktəblilərə diqqətli olmağı və şəxsi gigiyena qaydalarına riayət etməyi tövsiyə edən Z. Kazımova onları saçlara, dəriyə, üzə, dişlərə, qulaqlara, dırnaqlara, ayaqlara, eləcə də paltar və ayaqqabılara qulluqla bağlı məlumatlandırdı.  Əllərin  düzgün yuyulma qaydalarını izah edən mütəxəssis iştirakçıların diqqətinə çatdırdı ki, əlləri sabunla yuduqda tənəffüs yollarının yoluxucu infeksiyaların 23% azalır. 

Tədbirin sonunda şagirdlərə İSİM tərəfindən hazırlanan bukletlər təqdim olundu və mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı.