• İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • “Hemofiliyanın müalicəsində yeni yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirildi
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

16 MART 2018

Tələbələr qeyri-infeksion xəstəliklərin risk amilləri barədə maarifləndirildilər

16 mart 2018-ci il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecində “Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və risk amillərinin aradan qaldırılması naminə sağlam həyat tərzinin təbliği” mövzusunda tədbir keçirildi. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi gəncləri qeyri-infeksion xəstəliklərin risk amilləri barədə maarifləndirmək idi.

İSİM-in sosioloqu Fərid İsrafilzadə geniş təqdimatla çıxış edərək, qeyri-infeksion xəstəliklər qrupuna daxil olan dörd  əsas patologiya: ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər, xroniki obstruktiv ağciyər xəstəlikləri və şəkərli diabet barədə tələbələrə məlumat verdi. O bildirdi ki, tütündən, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik kimi əsas risk amilləri nəticəsində yaranan qeyri-infeksion xəstəliklər əksər ölkələrdə olduğu kimi Azərbaycanda da vaxtsız ölümlərin əsas səbəbidir. Gənclərə sağlamlıqlarına daha məsuliyyətlə yanaşmağı tövsiyə edən mütəxəssis onları zərərli vərdişlərdən uzaq olmağa səslədi. Əhalinin sağlamlığının qorunması istiqamətində ölkəmizdə atılan məqsədyönlü addımlardan söz açan Fərid İsrafilzadə bildirdi ki, məhz görülən işlərin sayəsində son iki il ərzində qeyri-infeksion xəstəliklərlə mübarizədə əldə olunmuş nəticələr əvvəlki illərə nisbətən daha ürəkaçandır.

Tədbirin yekununda iştirakçıların sualları cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici bukletlər təqdim olundu.