• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

19 FEVRAL 2018

İsmaillı məktəbliləri sağlam qidalanma vərdişlərinə yiyələndilər

16 fevral 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin yanında Bilik Fondu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sağlam qidalanma” mövzusunda maarifləndirici mühazirə keçirdi. İsmayıllı Regional Bilik Evində məktəbli auditoriyası üçün keçirilən tədbiri Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəsi Elçin Məmmədov açdı. O,hər zaman sağlam qidalanmanın vacibliyini qeyd etdi. Sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin səhiyyə siyasəti və islahatlar şöbəsinin həkimi Lətafət Dadaşovanın məruzəsi dinlənildi və təqdimatı izlənildi. İSİM-in əməkdaşı Lətafət Dadaşova iştirakçılara sağlam həyat tərzi sürməyin vacibliyindən, sağlam qidalanma ilə yanaşı sağlamlıq üçün fiziki aktivliyin əhəmiyyətindən, həmçinin fiziki aktivliyin də davamlı və planlaşdırılmış formada həyata keçirilməsinin zəruriliyindən bəhs etdi.

Son zamanlar digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da əhalinin yenidən emal edilmiş qida məhsullarına təlabatının artması, daha çox yüksək enerji tutumlu qida məhsullarına maraq, qida rasionunda ani dəyişikliklər edilməsi kimi faktorların xroniki qeyri-infeksion xəstəliklərin (şəkərli diabet, piylənmə, ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi və insultlar, xərçəngin bəzi növləri) yaranmasına və inkişafına səbəb olduğunu bildirən L.Dadaşova tədbir iştirakçılarını bu kimi vərdişlərdən uzaq olmağa çağırdı və sağlam qidalanma üçün zəruri məhsullar və onların gündəlik qida norması barədə məlumat verdi.

Həmçinin, mühazirənin sonunda məruzəçi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birlikdə əhalinin sağlamlığının qorunması naminə bu istiqamətdə həyata keçirilən işlər haqqında içtirakçıları məlumatlandırdı və bu kimi tibbi maarifləndirmə tədbirlərininin, mühazirələrin gələcəkdə də davam edəcəyini diqqətə çatdırdı.

Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər paylandı, şagirdlərin sualları cavablandırıldı.