• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

9 FEVRAL 2018

Məktəblilər ilk yardımın əsaslarına yiyələndilər

8  fevral 2018-cil il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə Suraxanı rayonu, 232 saylı tam orta məktəbdə “Təxirəsalınmaz ilk tibbi yardımla bağlı nələri bilməliyik?” mövzusunda tədbir keçirdi. Məktəbin şagird, müəllim və valideyn heyətinin böyük marağına səbəb olan tədbirdə çıxış edən İSİM-in həkim-metodisti Şəhla Mirzəzadə istənilən vaxtda və məkanda baş verə biləcək bədbəxt hadisə və qəfil xəstələnmə vəziyyətlərində yaxınlıqda tibb işçisi olmadığı halda xəsarət alana dərhal ilk yardım göstərilməsinin əhəmiyyətindən və prinsiplərindən danışdı. İlk yardımın göstərilməsi qaydaları, xüsusi ilə ürəyin qapalı masajının aparılması, müxtəlif tipli qanaxmalarda ilk yardım halları,  travmalar zamanı ətrafların fiksasiya olunması, xəstələrə şok vəziyyətinin verilməsi  qaydaları praktiki şəkildə nümayiş olundu. Belə hallarda insanların özlərini itirmələrinin xəsarət alanın vəziyyətini bir qədər ağırlaşdırmasına səbəb olduğunu vurğulayan natiq həkim gələnə qədər ilk yardım göstərmək qaydalarını hər kəsin bilməsinin vacibliyindən danışdı. O qeyd etdi ki, zərərçəkmişə aldığı travmanın növündən və xarakterindən asılı olaraq dərhal tibbi yardım göstərilməli (qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması və s.) və zərərçəkmiş ən qısa müddətdə yaxındakı müalicə müəssisəsinə çatdırılmalıdır.

Təlimdə iştirakçılarla dialoq yaradan mütəxəssis müxtəlif xəstəlikli insanlara ilk tibbi yardımın necə tətbiq olunması və onların hansı xəstəliklərdən əziyyət çəkmələrini müəyyən etmək üçün bir neçə xəstəliyin əlaməti haqqında məlumat verdi.

Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.