• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

13 DEKABR 2017

Moskvada məktəbyaşlı uşaqların sağlamlığının qorunması və Sağlamlığı Təşviq edən Məktəblərə dair regional müşavirə keçirildi

11-12 dekabr 2017-ci il tarixlərdə Rusiya Federasiyasının Moskva şəhərində qorunması və Sağlamlığı Təşviq edən Məktəblərə dair regional konfrans öz işini bu gün bitirir. Şərqi Avropa və Orta Asiya ölkələrinin təhsil və səhiyyə nümayəndələrinin iştirakı ilə keçirilən bu tədbirdə həmin ölkələrdə məktəblilərin sağlamlığı, onların məktəbdə sağlamlıqlarının qorunmasına yönələn effektiv müdaxilələr, bu sahədə mövcüd qabaqcıl təcrübələr müzakirə edildi. İştirakçı ölkələrin üzv olduğu “Avropada Sağlamlığı təşviq edən Məktəblər Şəbəkəsinin” (SHE Network in European Region) baş katibi və aparıcı mütəxəssisi, habelə ÜST-nın uşaq və yeniyetmələrin sağlamlığı proqramının rəhbəri Martin Veber də konfransa qatılmışlar.

Azərbaycanı müşavirədə “Sağlamlığı təşviq edən Məktəblər” (School Health Education - SHE) Avropa şəbəkəsinin Səhiyyə Nazirliyi tərəfindən təyin olunmuş Azərbaycan üzrə koordinatoru Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Seyidov və Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə təmsil etdi.

Xatırladaq ki, Azərbaycan 2017-ci ildən bu şəbəkənin üzvüdür və ölkəmizi bu şəbəkədə iki qurum təmsil edir: Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi. Təhsil Nazirliyi tərəfindən təyin olunmuş koordinator Təhsil Nazirliyinin Təhsil İnstitutunun katibi Elvin Nəsibovdur. Hər iki qurumun cari il ərzində göstərdiyi səylər nəticəsində İSİM ÜST və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıqda Bakının 4 məktəbində “Sağlamlığı təşviq edən Məktəblər”  şəbəkəsinin təlimatları və tövsiyələrinə uyğun müdaxilə və fəaliyyətləri sınaqdan keçirmişdir. Bu pilot layihə çərçivəsində hər məktəbdə müəllimlər və uşaqlar üçün seminar-təlimlər keçirilmiş, sağlamlığın təşviqinə dair məktəbdə mövcud vəziyyət qiymətləndirilmiş və vəziyyətin yaxşılaşdırılması məqsədilə hər məktəb üçün ayrılıqda, onların fərdi ehtiyacları və resursları nəzərə alınaraq, 1 illik tədbirlər planı tərtib edilmişdir. Bu qısa zamanda Azərbaycanda əldə edilmiş nəticələr müşavidədə təqdim edilmiş və iştirakçıların marağına səbəb olmuşdur. Habelə tədbirdə İSİM-də Uşaq və Yeniyetmələrin Sağlamlığının təşviqinə dair ÜST ilə Əməkşdalıq Mərkəzinin yaradılması təklifi irəli sürülmüş və çox böyük rəğbətlə qarşılanmışdır.