• Şagirdlər üçün “Tütün məmulatlarının insan orqanizminə zərəri” mövzusunda maarifləndirici tədbir keçirildi
  • 11th European Public Health Conference, Ljubljana, Slovenia
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • Pedaqoji Kollecin tələbələrinə “Müəllim-şagird davranışlarında psixoloji məqamlar” mövzusunda mühazirə oxundu
  • Oğuzda 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş dəyirmi masa təşkil edildi
  • İSİM Hindistanda “V Beynəlxalq ictimai səhiyyənin idarə edilməsinin inkişafı proqramı”nda təmsil olundu
  • Məktəblilər arasında dispanserizasiya müayinələri aparılır
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

18 OKTYABR 2017

Məktəblilərə əy yuma qaydaları öyrədildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə 16 oktyabr 2017-ci ildə Bakı  şəhəri Yasamal rayonu 53 nömrəli tam orta məktəbdə şagirdlər üçün 15 oktyabr – Ümumdünya Əl Yuma Gününə həsr olunmuş mühazirə təşkil etdi.

Bilik Fondunun Beynəlxalq layihələr sektorunun məsləhətçisi Aytən Xubanova giriş sözü ilə çıxış edərək, Fondun İSİM ilə birgə həyata keçirdiyi maarifləndirici, sağlam həyat tərzinin təbliğinə həsr olunmuş layihələrdən söz açdı. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Şəhla Mirzəzadə beşinci və altıncı sinif şagirdləri qarşısında “Əl yumanın həyati əhəmiyyəti. Sanitariya və gigiyena qaydalarına riayət olunmadığına görə dünyada baş verən xəstəlik halları” mövzusunda təqdimatla çıxış etdi. Çirkli əllər vasitəsilə yayılan yoluxucu xəstəliklər barədə şagirdlərə ətraflı məlumat verildi və bildirildi ki, təhlükəli viruslardan, mikroblardan qorunmaq üçün əlləri vaxtaşırı yumaq (və ya nəm salfetlə silmək) lazımdır. Yeməkdən əvvəl əllərin təmiz yuyulmasının zəruri olduğu iştirakçıların diqqətinə çatdırıldı, əlləri sabunla yumaqla ağır infeksion xəstəliklərin qarşısını almağın mümkünlüyü vurğulandı.

Mühazirədən sonra iştirakçılara İSİM tərəfindən hazırlanan və düzgün əl yuma qaydalarını özündə əks etdirən bukletlər paylandı.