İSİM-də “Sülh aylığı” çərçivəsində “Sağlamlıq baxımından insan hüquqları” mövzusunda dəyirmi masa keçirildi (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

30 AVQUST 2017

İSİM-də “Sülh aylığı” çərçivəsində “Sağlamlıq baxımından insan hüquqları” mövzusunda dəyirmi masa keçirildi (FOTO)

Hər il 21 sentyabr – “Beynəlxalq Sülh Günü” ərəfəsində ənənəvi olaraq 21 avqust - 21 sentyabr tarixləri “Sülh aylığı” elan edilir və bu ərəfədə bir sıra kütləvi maarifləndirmə tədbirləri keçirilir.

Bu tədbirlərin davamı olaraq 29 avqust 2017-ci il tarixdə “Sülh aylığı” çərçivəsində sülh və insan hüquqlarının təbliği məqsədi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Sağlamlıq baxımından insan hüquqları” mövzusunda həkim və orta tibb personalının iştirakı ilə dəyirmi masa təşkil olundu.

Tədbir iştirakçılarını salamlayan İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə tədbirin məqsədlərindən danışaraq artıq neçə illərdir ki “Sülh aylığı” çərçivəsində müxtəlif qurumlar, o cümlədən Səhiyyə Nazirliyi tərəfindən maarifləndirmə və təbliğat tədbirlərinin həyata keçirildiyini bildirdi. Əhalinin müxtəlif qrupları arasında sülh və dözümlülük mədəniyyətinin təbliği barədə tədbir iştirakçılarını məlumatlandıran İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Laura Quliyeva Beynəlxalq Sülh Gününün yaranma tarixini və bütün dünyada qeyd olunmasının vacibliyini xatırlatdı. O, günün əhəmiyyətini qeyd edərək bildirdi ki, bu tarix BMT Baş Assambleyasının təşəbbüsü ilə Yer üzündə atəş və zorakılıqdan qlobal imtina günü kimi keçirilir.

Daha sonra Azərbaycan Respublikasında insan hüquqları, sağlamlıq hüquqlarının qanunla tənzimlənməsinə həsr olunmuş təqdimatla İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin hüquqşünası Səlmi Əliyeva çıxış elədi.

Tədbir zamanı həkimlərin gündəlik əmək fəaliyyətlərində riayət etmələri vacib olan “Həkim deontologiyası və etik davranışlar” mövzusunda müzakirə oldu. Bu mövzu ilə çıxış edən İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Şəhla Mirzəzadə həkimlərin tibbi etik davranışlarının pozulması hallarına dair real nümunələr söyləməsi maraqla qarşılandı.  

Tədbirdə çıxış edən İSİM-in baş hüquqşünası Səbuhi Abdullayev səhiyyə sahəsində qanun tərəfindən tənzimlənmiş inzibati xətalarla bağlı həkimləri məlumatlandırdı, “Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının qanunu”ndan çıxış edərək, iştirakçıları maraqlandıran suallara cavab verdi.  

Tədbirin yekununda mövzu ilə bağlı geniş fikir mübadiləsi aparıldı, maraqlı təkliflər dinlənildi.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.