• İSİM-də “21 sentyabr - Beynəlxalq Sülh Günü”nə həsr edilmiş tədbir keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

4 İYUL 2017

İsmayıllı Bilik Evində “Narkomaniyaya qarşı mübarizə edək” adlı tədbir keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə 3 iyul 2017-ci ildə İsmayıllı Bilik Evində “Narkomaniyaya qarşı mübarizə edək” adlı tədbir keçirdi. Tədbirdə İsmayıllı rayonunun poliklinika işçiləri, müəllim və valideynlər iştirak etdilər.

Tədbirdə İSİM-in həkim-metodisti Şəhla Mirzəzadə geniş təqdimatla çıxış edərək, zərərli vərdişlərə, narkotik maddələrə aludəliyin ağır fəsadları barədə ətraflı məlumat verdi. O, bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə, eyni zamanda insanların həyatına, sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayaraq, gəncləri narkotik maddələrdən, o cümlədən digər zərərli vərdişlərdən uzaq tərbiyə etməyin vacibliyini bildirdi. İnteraktiv tərzdə keçən tədbirdə iştirakçıların sualları cavablandırıldı, narkomaniyanın profilaktikası məqsədilə təşkil olunan təqdimatların, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının sağlam həyat tərzinin təbliğində böyük əhəmiyyət daşıdığı vurğulandı.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq keçirilən tədbirin sonunda iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.