• İSİM-də “21 sentyabr - Beynəlxalq Sülh Günü”nə həsr edilmiş tədbir keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

20 İYUN 2017

İSİM-in əməkdaşı Norveçdə keçirilən “Məktəbyaşlı uşaqlar arasında sağlam davranışların tədqiqi”nə dair beynəlxalq konfransda iştirak edir

19 iyun 2017-ci il tarixdə Norveçin Bergen şəhərində Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə “Məktəbyaşlı uşaqlar arasında sağlam davranışların tədqiqi” üzrə beynəlxalq şəbəkənin konfransı başlayıb. Konfrans Böyük Britaniyanın Sent-Endryus Universiteti və Bergen Universitetinin təşkilatçılığı ilə baş tutub. İyun ayının 21-ə qədər davam edəcək konfransda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Seyidov da təmsil olunur.

Xatırladaq ki, dünyanın 43 ölkəsində artıq 30 ilə yaxındır ki, məktəbli uşaqlar arasında sağlam davranışların tədqiqinə dair araşdırma aparılır. 2017-ci ilin aprel-may-iyun aylarında İSİM pilot olaraq həmin metodologiyanın tətbiqini Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Bakı, Sumqayıt, Xızı rayonunun tam orta məktəblərinin 1350 şagirdi arasında həyata keçirmişdir. “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” sorğusu Avropa və Şimali Amerikada geniş istifadə edilən və hazırda 45 ölkədə hər dörd ildən bir keçirilən araşdırmadır. Sorğu “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”ya və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət planı”nın 4.2-ci bəndinə əsasən təşkil olundu və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə aparıldı.

Konfransda N. Seyidov həmin sorğunun Azərbaycanda keçirilməsi zamanı qazanılan nailiyyətlər, çətinliklər, ümumiyyətlə, metodologiyanın tədqiqi ilə bağlı texniki məsələlər və əldə edilmiş ilkin nəticələr barədə məlumat verəcək. Nəzərdə tutulur ki, bu il konfransda iştirak edən 43 ölkənin ərazisində həmin tədqiqat rəsmi olaraq həyata keçirilsin. Layihədə hər  ölkədən təqribi sayları 4300 nəfər olmaqla 11-13-15 yaşlı məktəbli uşağın iştirakı planlaşdırılır.

Azərbaycan da ilk dəfə bu şəbəkənin sorğusunda iştirak edəcək. Bu sorğunun keçirilməsi Azərbaycanda məktəbli uşaqların üzləşdiyi problemlərin müəyyənləşdirilməsinə və müvafiq hədəfli fəaliyyət proqramlarının hazırlanmasına yardım göstərəcək.