22 saylı Uşaq Poliklinikasında maarifləndirici təlim təşkil olundu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

6 İYUN 2017

22 saylı Uşaq Poliklinikasında maarifləndirici təlim təşkil olundu

6 iyun 2017-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən  “Uşaq və yeniyetmələrə qarşı yönəldilmiş zorakılıq hallarının qarşısının alınması” istiqamətində  maarifləndirici təlim keçirildi. Bakı şəhəri 22 saylı Uşaq Poliklinikasında təşkil olunan təlimdə tibb işçiləri və valideynlər iştirak edirdilər. İSİM-in mütəxəssisi Şəhla İsmayılova geniş təqdimatla çıxış edərək, uşaq və yeniyetmələrə qarşı yönəldilmiş zorakılıq hallarının qarşısının alınması üzrə metodik vəsait haqqında ətraflı məlumat verdi. Mütəxəssis təəssüflə bildirdi ki, Azərbaycanda bütün ailədaxili cinayət hadisələrinin 40 faizini uşaqlara qarşı zorakılıq halları təşkil edir və bu zorakılıq halları çox vaxt gizlədilir.

Təlimin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırıldı, valideynlərlə individual görüşlər keçirildi.

Xatırladaq ki, təlim Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli 537 nömrəli Fərmanının 1.2.4.-cü, 1.2.8-ci və 1.3.3-cü bəndlərinin icrası ilə bağlı “Məişət zorakılığının qarşısının alınması üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq təşkil edilmişdi.