• Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM-də "Yenidoğulmuşların reanimasiyası" üzrə növbəti praktik təlimlər keçirilir
  • Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

24 APREL 2017

“Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” sorğusunun sahə işləri yekunlaşdı

18-21 aprel 2017-ci ildə Sumqayıt məktəblərində aparılan “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” sorğusu başa çatdı. Sorğuya Sumqayıt şəhərində yerləşən tam orta məktəblərin 5, 7 və   9-cu sinif şagirdləri cəlb edilmişdi. Bununla da, məktəblilərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və onların səhhətinə zərərli təsir göstərən amillərin  aşkar edilməsi məqsədilə Azərbaycanda ilk dəfə keçirilən pilot layihənin – Bakı, Sumqayıt, Xızı rayonunun tam orta məktəblərində aparılan sorğunun sahə işlərinə yekun vuruldu. 

“Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” sorğusu Avropa və Şimali Amerikada geniş istifadə edilən və  hazırda 45 ölkədə hər dörd ildən bir keçirilən araşdırmadır. Sorğu “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”ya və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət planı”nın 4.2-ci bəndinə əsasən təşkil olundu və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən  Azərbaycan  Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə aparıldı.

Sorğu Ümumdünya Səhiyyə Təşkilatının metodologiyası əsasında hazırlanan və Azərbaycanın məktəbli mühitinə uyğunlaşdırılan 60-dan çox sualdan ibarətdir. Azərbaycan və rus dillərində tərtib edilən anketləri ümumilikdə 1350 şagird cavablandırıb.  

Pilot layihənin artıq yeni mərhələsinə başlanılıb – sorğu yolu ilə əldə edilmiş məlumatların təhlili və nəticələri əsasında yekun hesabat hazırlanır. Nəticələr Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, müvafiq dövlət qurumları, mətbuat nümayəndələri, təhsil və səhiyyə mütəxəssislərinin iştirakı ilə bu ilin may ayında geniş müzakirə olunacaq, bu istiqamətdə verilən təklif və tövsiyələr nəzərdən keçiriləcək.