İcraatda | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

ELANLAR BÜTÜN ELANLAR

17 MART 2018

“YENİDOĞULMUŞLARIN REANİMASİYASI” üzrə praktik təlim kursu

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi “YENİDOĞULMUŞLARIN REANİMASİYASI” üzrə praktik təlim kursu təşkil edir. Kurs perinatal yardıma dair Amerikanın Pediatrik Akademiyası və Amerikanın Kardioloji Assosiasiyasının beynəlxalq səviyyədə sertifikatlaşdırılmış təlim proqramı əsasında keçiriləcək. Ölkənin şəhər və rayonlarının doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssisləri üçün nəzərdə tutulan bu təlim kursu həmçinin reanimasiya edilmiş körpələrin sonrakı müalicə-müşahidə proqramını tərtib etmək bacarığını da öyrədəcək. Təlim kursu İstanbul Mədəniyyət Universiteti Göztepe Təhsil və Araşdırma Xəstəxanasında “Neonatal Reanimasiya Proqramı (NRP)” üzrə təlim almış mütəxəssis tərəfindən aparılacaq. Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikat təqdim olunacaq.

 

Kredit miqdarı: 25 bal

Kurs ödənişlidir. Ödəniş haqqı: 130 AZN

Kurs iştirakçılarının sayı: 10 nəfər

Kursun keçiriləcəyi tarixlər: 23.04.2018 - 27.04.2018

Kursun müddəti: 5 gün (saat 9.00-dan 13.00-dək)

Kursun keçiriləcəyi yer: Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi

Ünvan: Bakı şəhəri, H.Zərdabi küçəsi, 96

Qeydiyyatdan keçmək və əlavə məlumat almaq üçün: (012) 431-2095 (iş günləri, saat 9.00-dan 17.00-dək), [email protected]

Qeydiyyatın son tarixi: 10.04.2018