• Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir
  • Fiziki aktiv ol!
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Sağlam həyat tərzi seç!
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • Состоялся научно-практический семинар по мульти-дисциплинарному подходу при гемофилии
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb

НОВОСТИ все новости

8 ИЮЛЯ 2021

Körpə və yenidoğulmuşlara göstərilən xidmətlər üzrə təlimlər keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən BMT-nin Uşaq Fondunun (UNICEF) dəstəyi ilə ilkin səhiyyə işçiləri üçün körpə və yenidoğulmuşlara göstərilən xidmətlər üzrə təlimlərkeçirildi.

Samaxı şəhərində ilkin səhiyyə səviyyəsində çalışan pediatr, ailə həkimləri və patronaj tibb bacıları təlimdə iştirak etdilər. Erkən uşaqlıq dövrü, patronaj tibb bacısının yeni rolu, uşaqlarda ikişafın dəstəklənməsi və izlənilməsi, valideynlik etmə və uşaqların inkişafına qayğı, fərqli inkişaf edən uşaqlar (əlilliyi və inkişaf geriliyi olan uşaqlar), uşağa qarşı sevgi – valideynlərlə iş və s. mövzular üzrə iştirakçılara geniş və ətraflı məlumat verildi. Təlimdə həmçinin, uşaqlıq dövrü xəstəlikləri – öskürək və ya çətinləşən nəfəsalma, ishal, qızdırma, pis qidalanma və anemiya, o cümlədən sağlam uşaqlara düzgün qulluq, körpə və erkən yaşlı uşaqların qidalanması kimi məsələlərə geniş yer verildi və iştirakçıların sualları cavablandırıl.

Təlimin məqsədi ilkin səhiyyə xidmətlərində çalışan tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi idi. İştirakçılar tərəfindən maraqla qarşılanan təlim təcrübəli həkim-mütəxəssislər Nigar Hacıyeva, Sənubər Vəliyeva, Təranə Seyidməmmədova və Rübabə Quliyeva tərəfindən aparıl.

Təlim Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunmuş və 51 Davamlı Tibbi Təhsil kredit balı ilə dəyərləndirilmişdi.

PROACT Təlim Proqramı çərçivəsində həyata keçirilən təlimin fəal iştirakçılarına İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilovanın iştirakı ilə sertifikatlar təqdim olundu.

Qeyd edək ki, layihə çərçivəsində, həmçinin, İSİM tərəfindən 4 klinik protokol və 3 metodik vəsaitin hazırlanması nəzərdə tutulub.