• Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir
  • Fiziki aktiv ol!
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Sağlam həyat tərzi seç!
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • Состоялся научно-практический семинар по мульти-дисциплинарному подходу при гемофилии
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb

НОВОСТИ все новости

24 ИЮЛЯ 2021

“Autizm spektr pozuntularında koqnitiv və həssas proseslər” mövzusunda ikigünlük konfrans keçirildi

Autizm – özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edən və erkən yaş dövründə başlayan, həyat boyu davam edən, sosial münasibətlər və ünsiyyət sahəsində problemlərin olması ilə birlikdə qəbul olunan neyro-psixiatrik pozuntudur. Anadangəlmə olan autizmin səbəbi dəqiq məlum deyil. Bəzi mütəxəssislər autizmin beyindəki neyronların normadan az olması ilə bağlı olduğunu qeyd edir. Autizmin yaranmasında genetik faktorlar da özünü göstərir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Autizm spektr pozuntularında koqnitiv və həssas proseslər mövzusunda 22-23 iyul 2021-ci ildə onlayn konfrans keçirildi. Ödənişsiz keçirilən konfransın məqsədi autizm pozuntusu olan uşaqları və əlilliyi erkən aşkarlamaq, ilkin səhiyyə xidmətlərini yaxşılaşdırmaq, ölkənin şəhər və rayonlarının müəssisələrində çalışan tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsini yüksəltmək, nəzəri və praktiki bacaraqlarını təkmilləşdirməkdir.

Təlimlər Azərbaycan və Türkiyə mütəxəssisləri tərəfindən aparıldı. Məruzələrdə autizm spektr pozğunluğu (ASP) anlayışı, klinik göstəriciləri, genetik və çevrə amilləri barədə geniş məlumat verildierkən diaqnostikanın vacib rolu vurğulandı.

Yekunda iştirakçıların sualları cavablandırıldı, səmərəli fikir mübadiləsi aparıldı.