“Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində təlimlərin növbəti mərhələsi başa çatdı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

5 MARCH 2012

“Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində təlimlərin növbəti mərhələsi başa çatdı

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Diabet Cəmiyyətinin birgə “Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlərin növbəti mərhələsi başa çatdı. İSİM-də fəaliyyət göstərən Diabet məktəbində 2012-ci il 20-25 fevral tarixində şəkərli diabet xəstələri üçün və 27 fevral-3 mart tarixində isə risk qrupuna aid əhali üçün PULSUZ təlimlər keçirildi.

Təlimlər zamanı iştirakçılara şəkərli diabetlə bağlı biliklər aşılandı, maarifləndirici materiallar paylanıldı. Eləcə də “ANS” televiziyasının “Salam, Azərbaycan” proqramında təlimlər barədə geniş məlumatlar verildi, reportaj nümayiş etdirildi.

Təlimlər zamanı iştirakçıları maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparıldı. Nəticə olaraq, iştirakçılarda özünənəzarət qaydalarına riayət edilməsinin gücləndiyi müşahidə olundu.

Təlimlərin keçirilməsində məqsəd bilik və davranışlara nail olmaqla özünənəzarətin gücləndirilməsidir.

Həkim-endokrinoloq tərəfindən aparılan təlimlər hər ay hər hədəf qrupu üzrə ayrılıqda bir həftə olmaqla həyata keçirilir. Təlimlərin növbəti mərhələsinə martın 12-də start veriləcək.