Azərbaycan Respublikasında 2011-ci ildə Demoqrafiya və Sağlamlıq Sorğusunun həyata keçirilməsi üzrə yaradılmış işçi qrupun ilk görüşü keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

8 OCTOBER 2010

Azərbaycan Respublikasında 2011-ci ildə Demoqrafiya və Sağlamlıq Sorğusunun həyata keçirilməsi üzrə yaradılmış işçi qrupun ilk görüşü keçirildi

Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2008-2010-cu illər) monitorinq bölməsinin 5.2.7.1-ci bəndi ilə ən azı beş ildən bir nəzərdə tutulmuş Demoqrafiya və Sağlamlıq Sorğusunun (DSS) keçirilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə (SN) həvalə olunmuşdur. SN-in 8 sentyabr 2010-cu il tarixli 70 nömrəli əmrinə əsasən DSS-in 2011-ci ildə keçirilməsi ilə bağlı tədbirlərin hazırlanaraq icra olunması məqsədilə, aidiyyəti dövlət qurumlarının nümayəndələri daxil edilməklə, işçi qrup (İQ) yaradılmış, DSS-in keçirilməsi ilə bağlı tədbirlərin əlaqələndirilməsi və icrası SN-in İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) tapşırılmışdır.

Həmin əmrə uyğun olaraq İSİM-də 8 oktyabr 2010-cu il tarixdə İQ-nin ilk görüşü keçirildi. Görüşdə İQ-nin vəzifə və funksiyalarının müəyyənləşdirilməsi, 2010-2012-ci illər üçün DSS-in həyata keçirilməsi üzrə tədbirlər planı, metodik rəhbərliklərin və digər materialların işlənib hazırlanması, DSS-2006 sorğu metodologiyası və anketlərdən istifadə edilməsi, beynəlxalq təşkilatların sorğuda iştirakı müzakirə olundu, DSS-2006 zamanı əldə olunmuş təcrübə ətrafında çıxışlar edildi.