• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • PHRC hosts roundtable devoted to the presentation of mobile app “Tütündən imtina et” (Give up smoking) and improvement tobacco control legislation in Azerbaijan
  • PHRC hosts training on “Management of health-care system reforms. Health Economics”
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC

NEWS all news

29 DECEMBER 2019

Palliativ yardım və onu etik məsələləri üzrə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə seminar və görüşlər keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Bakı şəhərində və ölkənin 3 rayonunun tibb müəssisələrində palliativ yardım üzrə seminar və görüşlər keçirdi.

Görüşlər “Azərbaycan respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət planının 9.3.1. (İnteqrasiyaya əsaslanan vahid yanaşma vasitəsilə QİX ilə bağlı, xüsusən də ilkin səhiyyədə, əlçatan və istifadəsi əhali üçün mümkün olan, keyfiyyətli, sübutlara əsaslanan tibbi xidmətlərə və keyfiyyətli dərmanlara əhalinin ayrı-ayrı qrupları üçün bərabər çıxışın təmin edilməsi) bəndinin “QİX ilə bağlı ümumrespublika və yerli səviyyədə palliativ və reabilitasiya xidmətlərini yaratmaq” üzrə fəaliyyət istiqamətinin, habelə Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji planı üzrə fəaliyyət planının 3.3.11 (Palliativ yardım xidmətinin yaradılması) bəndlərinə əsasən təşkil olunmuşdu.

Bakı şəhərində palliativ yardım xidmətinin yaradılması məqsədi ilə seçilmiş pilot tibb müəssisəsinin, həmçinin İsmayıllı, Qəbələ və Oğuz rayonlarına daxil olan səhiyyə müəssisələrinin həkim və tibb işçiləri palliativ yardım və onu etik məsələləri barədə məlumatlandırıldı. Görüşlər zamanı səhiyyə müəssisələrində çalışan tibb işçilərinə palliativ yadımın rolu, ağır, sağalmaz xəstəliyi olan və ya xəstəliyinin terminal mərhələsində olan pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş palliativ qayğı yanaşmasının etik məsələlərinə dair tövsiyələr verildi.

Tibb işçilərinə İSİM-də hazırlanmış müvafiq çap materialları, o cümlədən, həkim və pasiyentlər üçün bir sıra əyani materiallar (bukletlər, kitabçalar) paylanıldı.

Şəkillərlə burada tanış olmaq olar.