• Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir
  • Fiziki aktiv ol!
  • Roundtable on "Make every day No-Tobacco Day" held with participation of art figures and mass media representatives
  • Sağlam həyat tərzi seç!
  • PHRC representatives take part at WHO European High-level Conference in Turkmenistan
  • Azerbaijan hosts round table devoted to the importance of public-private partnership within the frame of tobacco control
  • New website - www.ebmg.az (Evidence-Based Medicine Guidelines) launched
  • Scientific-practical seminar on “Multidisciplinary approaches to managing hemophilia” held at PHRC
  • PHRC, REC and Italian Barometer Diabetes Observatory Foundation sign tripartite cooperation agreement
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

NEWS all news

10 JANUARY 2020

İnternat məktəbində maarifləndirici tədbir keçirildi

9 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Pirşağı qəsəbəsi 10 nömrəli İnternat məktəbində “Sağlam həyat tərzi seçək, zərərli vərdişlərdən uzaq olaq!” mövzusunda maarifləndirici tədbir keçirdi.

İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir müavini İnara Makayeva giriş sözü ilə çıxış edərək bildirdi ki, zərərli vərdişlərdən uzaq olmaq, sağlam qidalanmaq və fiziki aktiv olmaq qeyri-infeksion xəstəliklərin profilaktikasında başlıca rol oynayır, infarkt, insult, şəkərli diabet, yüksək qan təzyiqi və xərçəng xəstəliklərinə tutulma riskini xeyli azaldır.İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova geniş təqdimatla çıxış edərək, tütünçəkmə, narkotik maddələrdən istifadə kimi zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirləri, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadları iştirakçıların nəzərinə çatdırdı.İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin əməkdaşı Günay Quluzadə sağlam qidalanmanın əhəmiyyətini vurğulayaraq, düzgün seçilmiş qida rasionu və qəbul olunan kalori miqdarınının hesablanması barədə ətraflı məlumat verdi.İSİM-in Layihələrin əlqələndirilməsi şöbəsinin əməkdaşları Elnarə Nuriyeva və Ceyran Səfərli fiziki aktivliyi həyat tərzinə çevirməyin əhəmiyyətindən və tütün məmulatlarından uzaq olmağın orqanizm üçün faydasından söz açdılar.

Sonda auditoriyanı maraqlandıran suallar cavablandırıldı və iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.

Şəkillərlə burada tanış olmaq olar.