• Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir
  • Fiziki aktiv ol!
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Sağlam həyat tərzi seç!
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • Состоялся научно-практический семинар по мульти-дисциплинарному подходу при гемофилии
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb

НОВОСТИ все новости

14 АПРЕЛЯ 2022

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı elmi-praktiki seminar keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən 12 aprel  2022-ci il tarixdə Yasamal rayon Heydər Əliyev Mərkəzində “İncəsənət ruhu oyadır” adlı elmi-praktiki seminar təşkil olunub. Seminarın məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların mədəniyyət və incəsənət vasitəsi ilə cəmiyyətə adaptasiya edilmələri üçün geniş şərait yaratmaqdır.

Tədbirdə hökumət və qeyri-hökumət təşkilatlarının, müxtəlif qurumların nümayəndələri iştirak ediblər.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova,  Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli, Ombusdman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin məsləhətçisi Şəbnəm Cəfərova və başqaları çıxış edərək bildiriblər ki, autizm spektr pozuntusu olan uşaqların cəmiyyətə inteqrasiya olunması prosesində bir sıra qurum və mütəxəssislərin müştərək fəaliyyət göstərməsi çox önəmlidir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Səbinə Babazadə çıxış edərək, cəmiyyətdə autizmlə bağlı daha geniş maarifləndirmənin aparılmasının zəruriliyini vurğulayıb və ictimai səhiyyə mütəxəssisləri tərəfindən valideynlərin maarifləndirilməsi ilə bağlı bir sıra işlər görüldüyünü, xüsusən sosial şəbəkələr vasitəsilə əhali arasında geniş təbliğat aparıldığını nəzərə çatdırıb.

Çıxışlarda qeyd olunub ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların digər insanlardan fərqləndirilməməsi, onların cəmiyyətin bərabərhüquqlu fərdləri kimi yaşaması, cəmiyyətə inteqrasiya olunmaları, komplekslərdən qurtulmaları üçün qurumlararası əməkdaşlığın genişləndirilməsi mühüm amildir.

Seminarın bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Əlisahib Bayramovun, “Mavi ürəklər” xor qrupunun (fortepianoda müşaiyət: Arzu Səmədqızı) ifaları dinlənilib, Heydər Əliyev muzeyinin ekspozisiyasına, tematik videoçarxına və autizm spektr pozuntusu olan uşaqların rəsm əsərləri və əl işlərindən ibarət sərgiyə baxılıb. Tədbirin son hissəsində isə qonaqlara “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən reabilitasiya mərkəzinın dəstəyi ilə autizm spektr pozuntusu olan uşaqlar tərəfindən hazırlanan müxtəlif təamlar təklif olunub.