İSİM-in nümayəndəsi səhiyyə texnologiyalarının qiymətləndirilməsi üzrə virtual regional iclasda geniş məruzə ilə çıxış etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

11 СЕНТЯБРЯ 2020

İSİM-in nümayəndəsi səhiyyə texnologiyalarının qiymətləndirilməsi üzrə virtual regional iclasda geniş məruzə ilə çıxış etdi

Səhiyyə texnologiyalarının qiymətləndirilməsi(STQ) üzrə 8-11 sentyabr 2020-ci il tarixdə Ukraynada virtual regional iclas keçirildi. İclasın mövzusu inkişaf etməkdə olan ərazilərdə STQ-ni səhiyyə islahatlarına inteqrasiya etməkdir.

Bu regional iclas son bir neçə il ərzində Ukraynada STQ funksiyasının qurulması və gücləndirilməsində yerli mütəxəssislər ilə çiyin-çiyinə işləyən USAID-in SAFEMed layihəsinin maddi dəstəyi ilə təşkil edilib. İclasın məqsədi isə, STQ təhsili və maarifləndirməsi və regional STQ təcrübələri nəticəsində inşa edilən və STQ potensialını genişləndirmək üçün davamlı dövretməni asanlaşdıran bir layihə planı göstərməkdir.

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri Nabil Seyidov iclasda iştirak edərək, ölkəmizdə bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib. “Səhiyyə texnologiyalarının qiymətləndirilməsinin  uğurlu səhiyyə islahatlarına inteqrasiyasında çətinliklər və imkanlar: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda məruzə ilə çıxış edən N.Seyidov ölkəmizin təcrübəsini iclas iştirakçıları ilə bölüşüb, həmçinin gələcək planlardan söz açıb.