• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • Состоялся научно-практический семинар по мульти-дисциплинарному подходу при гемофилии

НОВОСТИ все новости

30 АПРЕЛЯ 2020

“Karantin vəziyyətində sağlamlıq imkanları məhdud uşaqların psixoloji reabilitasiyası” mövzusunda onlayn müzakirə təşkil olundu

Sağlamlıq imkanları məhdud uşaqlar üçün ailədə, ev mühitində qayğının təmin edilməsi hazırki karantin dövründə xüsusi əhəmiyyət kəsb edir. Bu kateqoriyadan olan uşaqlar üçün interaktiv inkişaf dərsləri və ünsiyyətqurma bacarıqları üzrə tövsiyələrin əhəmiyyətini nəzərə alaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin feysbuk səhifəsində  29 aprel 2020-ci il tarixdə valideynlər üçün "Karantin vəziyyətində sağlamlıq imkanları məhdud uşaqların psixoloji reabilitasiyası" mövzusunda onlayn müzakirə keçirildi.

Müzakirədə iştirak edən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Səbinə Babazadə və psixoloqu Aysel Musayeva karantin şəraitində valideynlərin uşaqlara daha həssas yanaşmasının vacibliyini vurğuladılar. Valideynlərə daha səbirli olmaq, uşaqlarla danışarkən səs tonuna diqqət yetirmək, yüksək səs tonundan çəkinmək tövsiyə olundu.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Cəmilə Bağırova və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin psixoloqu Günay Bədəlzadə valideynləri təmkinli olmağa dəvət etdilər, çünki valideynin karantin şəraitinə gərək olduğundan daha artıq aqressiv reaksiya verməsi uşaqlara da təsir göstərir.

Mütəxəssislər valideynlərin suallarını cavablandıraraq bildirdilər ki, ailədə sağlam psixoloji mühitin yaradılması, qorxu və təşvişin minimuma endirilməsi, karantin rejimi qaydalarına ciddi riayət olunması koronavirusdan qorunmaq üçün ən vacib tövsiyələrdir.