İSİM-də “Yenidoğulmuşların reanimasiyası” üzrə növbəti praktik təlim kursu keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

НОВОСТИ все новости

28 ЯНВАРЯ 2019

İSİM-də “Yenidoğulmuşların reanimasiyası” üzrə növbəti praktik təlim kursu keçirildi

26-27 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Yenidoğulmuşların reanimasiyası” üzrə növbəti ikigünlük praktik təlim kursu keçirildi. Doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssisləri üçün nəzərdə tutulan kurs perinatal yardıma dair Amerikanın Pediatrik Akademiyası və Amerikanın Kardioloji Assosiasiyasının beynəlxalq səviyyədə sertifikatlaşdırılmış təlim proqramı əsasında keçirilir.

Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov təlimin ilk günündə kurs iştirakçılarına antenatal (doğuşa qədər müddət), intranatal (doğuş zamanı) və postnatal (doğulduqdan sonra) dövrlərdə körpələrdə müşahidə olunan problemlər və onların aradan qaldırılması üçün görülə biləcək tədbirlər haqqında məlumat verdi. İstanbul Mədəniyyət Universiteti Göztepe Təhsil və Araşdırma Xəstəxanasında “Neonatal Reanimasiya Proqramı (NRP)” üzrə kurs keçmiş təlimçi Nahidə Mahmudova reanimasiyaya hazırlıq, adaptasiya dövrü, neonatal qayğının ilkin addımları, neonatal reanimasiyanın icmalı və prinsiplərindən söz açdı.

Kurs iştirakçılarına yenidoğulmuşların reanimasiyasında istifadə edilən yeni texnologiyaların təcrübədə tətbiqi öyrədildi, həmçinin xüsusi avadanlıq və qurğular olmadıqda körpələrə ilkin ixtisaslaşdırılmış yardımın tətbiq edilməsi ilə bağlı ətraflı məlumat verildi.

Qeyd edək ki, kurs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditə olunub. Kursun kredit miqdarı 14 bal təşkil edir. Təlimi müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olundu.