Deputy Head of Department (MD), Health Communication and Public Relations Department | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

VACANCIES ALL JOBS

Vakansiyanın adı – Şöbə müdirinin müavini (həkim), 1.0 ş.v

Struktur vahidinin adı – Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsi.

Vəzifə funksiyaları - ictimai sağlamlıq sahəsinə aid müvafiq sənədlərin hazırlanması, baxılması, qiymətləndirilməsi və onlara rəyin verilməsi; sağlamlıq sahəsində əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin təşkil edilməsi, maarifləndirici materialların hazırlanması, Bakı və Respublikanın rayonlarında müxtəlif əhali qruplarının qarşısında çıxış və təqdimatların edilməsi; sorğu, məktub və müraciətlərin cavablandırılması; media nümayəndələri ilə görüşlərin təşkili, press-relizlərin hazırlanması; aidiyyəti kommunikasiya/maarifləndirici tədbirlərin və fəaliyyətlərin həyata keçirilməsinə nəzarət edilməsi; rəhbərlik tərəfindən tapşırılmış digər aidiyyəti vəzifələrin yerinə yetirilməsi; şöbə müdiri olmadıqda (məzuniyyət, ezamiyyət və s. zamanı) onun əvəz edilməsi.

İş vaxtı - şənbə və bazar günlərindən başqa hər gün saat 9-dan 17-30-dək.

Nahar fasiləsi – saat 13:00-dan 13:30-dək.

TƏLƏBLƏR:

Təhsil – ali tibb təhsili. Sosial gigiyena və səhiyyənin təşkili ixtisası olanlara, bu ixtisas üzrə və ya media və kommunikasiya ilə bağlı təlimlərdə iştirak edənlərə üstünlük verilir.

İş stajı – ixtisas üzrə 3 ildən çox fəaliyyət.

Dilləri bilmə azərbaycan dilində sərbəst oxumaq, yazmaq və danışmaq (rus və/və ya ingilis dillərini yaxşı bilənlərə üstünlük verilir).

Kompüter bilikləri – MS Office (Word, Excel, Power Point), MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst istifadə bacarıqları. Adobe Photoshop, Adobe Illustrator, CorelDRAW proqramlarını bilənlərə üstünlük verilir.

Xüsusi bacarıqlar – idarəetmə, təşkilatçılıq, auditoriya qarşısında təqdimat və çıxış etmə bacarıqları; işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti; yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.

Vakansiya ilə maraqlanan şəxslər özləri haqqında ətraflı məlumatı tərcümeyi-hal (CV) şəklində [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərə bilərlər. CV-lər həmçinin Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Kadrlar şöbəsinə (H.Zərdabi küçəsi, 96, 2-ci mərtəbə, 7-ci otaq) təqdim edilə bilər. CV-lər hər gün (şənbə və bazar günlərindən başqa) saat 9:30-dan 12:30-dək qəbul olunur.

CV formasını buradan yükləyə bilərsiniz.

Qəbul olunmuş CV-lər əsasında vakant vəzifələrə uyğun hesab edilən mütəxəssislər müsahibə üçün İSİM-ə dəvət olunacaqlar.