Designer, Health Communication and Public Relations Department | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

VACANCIES ALL JOBS

Vakansiyanın adı  menecer (dizayn üzrə), 1 ş.v.

Struktur vahidinin adı  Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsi

Vəzifə funksiyaları – səhiyyə sahəsində maarifləndirici (çap) materialların dizaynının hazırlanması.

İş vaxtı – şənbə və bazar günlərindən başqa hər gün saat 9:00-dan 17:30-dək.

Nahar fasiləsi – saat 13:00-dan 13:30-dək.

TƏLƏBLƏR:

Təhsil – ali təhsil.

İş stajı – poliqrafiya dizaynı üzrə 1 ildən çox fəaliyyət.

Kompüter bilikləri – Corel Draw, Adobe Photoshop, InDesign, MS Office (Word, Excel, Power Point), MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst istifadə bacarıqları.

Xüsusi bacarıqlar – yaradıcı, fəal təşəbbüskar və məsuliyyətli olmalı, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti; yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.

Vakansiya ilə maraqlanan şəxslər özləri haqqında ətraflı məlumatı tərcümeyi-hal (CV) şəklində [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərə bilərlər. CV-lər həmçinin Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Kadrlar şöbəsinə (H.Zərdabi küçəsi, 96, 2-ci mərtəbə, 7-ci otaq) təqdim edilə bilər. CV-lər hər gün (şənbə və bazar günlərindən başqa) saat 9:30-dan 12:30-dək qəbul olunur.

CV formasını buradan yükləyə bilərsiniz.

Qəbul olunmuş CV-lər əsasında vakant vəzifələrə uyğun hesab edilən mütəxəssislər müsahibə üçün İSİM-ə dəvət olunacaqlar.