Vakansiyanın adı – menecer (dizayn üzrə), 1 ş.v.
Struktur vahidinin adı – Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsi
Vəzifə funksiyaları – səhiyyə sahəsində maarifləndirici (çap) materialların dizaynının hazırlanması.
İş vaxtı – şənbə və bazar günlərindən başqa hər gün saat 9:00-dan 17:30-dək.
Nahar fasiləsi – saat 13:00-dan 13:30-dək.
TƏLƏBLƏR:
Təhsil – ali təhsil.
İş stajı – poliqrafiya dizaynı üzrə 1 ildən çox fəaliyyət.
Kompüter bilikləri – Corel Draw, Adobe Photoshop, InDesign, MS Office (Word, Excel, Power Point), MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst istifadə bacarıqları.
Xüsusi bacarıqlar – yaradıcı, fəal təşəbbüskar və məsuliyyətli olmalı, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti; yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
Vakansiya ilə maraqlanan şəxslər özləri haqqında ətraflı məlumatı tərcümeyi-hal (CV) şəklində [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərə bilərlər. CV-lər həmçinin Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Kadrlar şöbəsinə (H.Zərdabi küçəsi, 96, 2-ci mərtəbə, 7-ci otaq) təqdim edilə bilər. CV-lər hər gün (şənbə və bazar günlərindən başqa) saat 9:30-dan 12:30-dək qəbul olunur.
CV formasını buradan yükləyə bilərsiniz.
Qəbul olunmuş CV-lər əsasında vakant vəzifələrə uyğun hesab edilən mütəxəssislər müsahibə üçün İSİM-ə dəvət olunacaqlar.