Azərbaycanda STEPS Tədqiqatı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

Ongoing projects projects archive

Azərbaycanda STEPS Tədqiqatı UPDATED: 1 NOVEMBER 2024

Azərbaycan RespublikasıSəhiyyə NazirliyininÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən ölkəmizdə qeyri-infeksion xəstəliklərin (QİX) risk faktorlarının monitorinqi üzrə STEPS tədqiqatı həyata keçirilir.

STEPS nədir?
STEPS – ÜST tərəfindən hazırlanmış və artıq 100-dən çox ölkədə tətbiq olunan standart metodologiyadır. Tədqiqat aşağıdakı risk faktorları haqqında məlumat toplamaq məqsədi daşıyır:

Tütün və alkoqol istifadəsi;

Aşağı fiziki aktivlik;

Sağlam olmayan qidalanma (o cümlədən meyvə-tərəvəz və duz istehlakı);

Piylənmə, hipertenziya, qanda şəkər və lipidlərin artması;

Depressiya əlamətləri, zorakılıq və travma;

Süd vəzi və uşaqlıq boynu xərçəngi üçün skrininq;

Tütün siyasəti haqqında ictimai rəy.

Metodlar
Tədqiqat 3 mərhələdən ibarətdir:

Sorğu aparılması;

Fiziki ölçmələr (boy, çəki, bel və omba çevrəsi, təzyiq);

Qan nümunəsinin götürülməsi (qanda şəkərin və xolestrolun miqdarının təyini üçün).

İştirakçılar Azərbaycanın bütün bölgələri üzrə təsadüfi seçmə üsulu ilə müəyyən edilir. Bütün məlumatlar tam məxfi saxlanılır.

Bu, niyə vacibdir?
Toplanan məlumatlar qeyri-infeksion xəstəliklərin qarşısının alınması və ictimai sağlamlığın gücləndirilməsi üçün vacib proqramların planlaşdırılmasına kömək edəcək. Nəticələr
in təhlil edilərək analiz olunması, əhalinin sağlamlığının qorunması və müdafiəsi üçün nəəzrdə tutulan müxtəlifproqramlarda istifadəsi nəzərdə tutulur.

Azərbaycanda bu tədqiqat daha əvvəl də həyata keçirilmişdir. Əvvəlki mərhələnin nəticələri ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
https://www.isim.az/upload/File/docs/STEPS_Azerbaijan_2017_az.pdf

Cari tədqiqat 2025-ci ilin iyunsentyabr aylarında keçirilir.

Əlavə suallar üçün bizimlə əlaqə saxlayın:
www.isim.az, e-mail: [email protected] , tel: + 994124316139

 

PROJECT COORDINATOR:  Qəhrəman Haqverdiyev

CONTACTS: [email protected]