• "ASAN xidmət" mərkəzində “Tütündən imtina səyyar kabineti” fəaliyyətə başladı (FOTO)
  • Tələbələr tütünlə mübarizəyə dair panel müzakirələrə qoşuldular
  • AMEA-da “Təxirəsalınmaz ilkin tibbi yardımın əsas bilikləri” mövzusunda tədbir keçirildi (FOTO)
  • İSİM-də 7 aprel – Ümümdünya Sağlamlıq Günü qeyd olundu
  • İSİM-də “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” sorğusuna dair brifinq keçirildi (FOTO)
  • “Hərəkətdəsən! Pozitivsən!” şüarı altında gənclərin sağlamlıq festivalı keçirildi (FOTO)
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

NEWS all news

11 JANUARY 2017

İSİM-də Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Xalqımız öz şərəfli tarixinə nəzər yetirərkən Vətəninə, xalqına sadiq olan şəxsləri qayğı ilə yada salır. Belə şəxsiyyətlərdən biri 1897-ci ildə İrəvanda anadan olmuş Azərbaycanın dövlət xadimi, səhiyyənin və tibb elminin görkəmli təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il noyabrın 18-də imzaladığı Sərəncama əsasən 2017-ci il yanvarın 1-də Ə. Əliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etmək Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyinə həvalə edilmişdir. Bu məqsədlə,  11 yanvar 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) görkəmli dövlət xadiminin yubileyinə həsr olunmuş tədbir  keçirildi.

Tədbiri İSİM-in direktoru Ceyhun Məmmədov açaraq Əziz Əliyevin mənalı ömür yolu, müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərməsi, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verməsi haqqında qısa məlumat verdi. O, bu yubileyin yüksək səviyyədə keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı Sərəncamı tədbir iştirakçılarının nəzərinə çatdıraraq dövlətimizin bu cür ziyalı, yüksək nailiyyətlər qazanmış şəxsiyyətləri hər zaman qiymətləndirməsindən bəhs etdi. 

Əzəmətli təbib, təşkilatçı, həkim-tədqiqatçı, pedaqoq, maarifçi kimi xüsusiyyətlərə malik olan Ə.Əliyevin həyatı, ailəsi və yaradıcılığı haqqında İSİM-in Təlim-resurs şöbəsinin meneceri Cəmilə Kərimova tədbir iştirakçılarına geniş məlumat verdi.  Daha sonra İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Şəhla Mirzəzadə Ə.Əliyevin tibb sahəsində fəaliyyəti, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələri barədə geniş məruzə ilə çıxış etdi.

Sərəncamda qeyd edildiyi kimi, Ə.Əliyevin İkinci Dünya Müharibəsi illərində apardığı işlər mühüm hərbi-siyasi əhəmiyyətə malikdir. Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Ə.Əliyevin adı ilə sıx bağlıdır. İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdir müavini Səfadə Tağıyeva görkəmli dövlət xadiminin siyasi fəaliyyəti haqqında tədbir iştirakçılarını məlumatlandırmaq üçün təqdimat etdi. 

Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbirin yekununda iştirakçılara Ə.Əliyevə həsr olunmuş sənədli film nümayiş olundu.