Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Bu ölümdür, həyat deyil” adlı tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

18 MAY 2012

Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Bu ölümdür, həyat deyil” adlı tədbir keçirildi

2012-ci il mayın 18-də Zirə qəsəbəsi Mədəniyyət Mərkəzində narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Bu ölümdür, həyat deyil” adlı tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd gəncləri narkomaniya və QİÇS-lə mübarizə istiqamətində maarifləndirmək, onları məhvə apara biləcək bu yolda özlərinə, ətrafdakılara qarşı diqqətli olmaq və istənilən şübhəli siqnallara cavab vermək üçün məlumatlandırmaq, eyni zamanda ətrafdakıları da məlumatlandırma bacarığını və bu bəlaya qarşı mübarizə qabiliyyətini inkişaf etdirmək idi. Görüşdə tibb işçiləri, 120 və 241 saylı məktəbin şagird və müəllim heyəti iştirak etdi.

Tədbiri giriş sözü ilə açan Zirə Səhiyyə Kompleksinin baş həkimi Sevinc Babayeva narkomaniyaya qarşı mübarizə barədə məruzə etdi.

Görüşdə həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Zəminə Abbasova və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkimi Asif Kəngərli mövzu ilə bağlı çıxış etdilər.

Sonda tibb işçiləri şagirdləri maraqlandıran sualları cavablandırdılar.