Türkiyənin Antalya şəhərində Pasiyentlərin hüquqları üzrə beynəlxalq konfrans keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

13 DECEMBER 2011

Türkiyənin Antalya şəhərində Pasiyentlərin hüquqları üzrə beynəlxalq konfrans keçirildi

2011-ci il dekabrın 7-10-da Türkiyənin Antalya şəhərində Pasiyentlərin hüquqları üzrə beynəlxalq konfrans keçirildi. Bosniya və Herseqovina, Qətər, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ, Suriya və Türkiyənin Səhiyyə Nazirliklərinin nümayəndələrinin qatıldığı konfransda Azərbaycandan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Kadrlar şöbəsinin müdiri Aris Rüstəmov və Səhiyyə siyasəti və islahatlar şöbəsinin hüquqşünası Fidan Rüstəmova iştirak etdi.

Konfrans zamanı pasiyentin hüquqları ilə bağlı bir sıra mövzularda təqdimatlar oldu. A.Rüstəmov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin fəaliyyət istiqamətləri barədə iştirakçılara məlumat verdi. F.Rüstəmova isə İSİM-in müştərək təşkilatlarla gerçəkləşdirdiyi layihələrdən danışdı. Sonda çıxışlar əsasında müzakirə təşkil olundu.