İSİM-də “Elektron əmr” sisteminin tətbiqi üzrə təlim keçirilir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

5 DECEMBER 2011

İSİM-də “Elektron əmr” sisteminin tətbiqi üzrə təlim keçirilir

2011-ci il dekabrın 5-dən etibarən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən tibb müəssisələrində kadrların uçot sisteminin avtomatlaşdırılması məqsədilə yaradılmış “Elektron əmr” proqramı üzrə növbəti təlim keçirilir.

Proqramın tətbiqi sahəsində səhiyyə müəssisələrində kadrlar üzrə əmrlərin verilməsi prosesi avtomatlaşdırılaraq vahid informasiya bazasında cəmləşdiriləcək və mövcud sistemlərə inteqrasiya olunacaq. “e-Əmr” proqram təminatının müsbət cəhətlərindən biri onun bilavasitə tibb işçilərinin vahid registri ilə əlaqəli işləməsidir. Sistemdə qeyd olunmuş e-Əmrlər “Tibb işçilərinin vahid elektron registri”ndə avtomatik olaraq əmri verilən şəxsin məlumatlarında öz əksini tapır.

Proqram təminatı Səhiyyə Nazirliyinin tabeliyində olan bütün idarə və müəssisələrdə tibbi kadrların avtomatlaşdırılmış uçot sisteminin tətbiqi məqsədilə 2012-ci il yanvarın 1-dən istifadəyə veriləcək. Təlimə Bakıdan və regionlardan tibb müəssisələrinin kadr mütəxəssisləri dəvət olunublar.

Təlim dekabrın 16-dək davam edəcək.