Türkiyənin İstanbul şəhərində reproduktiv sağlamlıq vasitələri ilə təminat sahəsində təhlükəsizliyin advokasiyası alətləri üzrə təlim keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

17 NOVEMBER 2011

Türkiyənin İstanbul şəhərində reproduktiv sağlamlıq vasitələri ilə təminat sahəsində təhlükəsizliyin advokasiyası alətləri üzrə təlim keçirildi

Şərqi Avropada hazırda regional səviyyədə reproduktiv sağlamlıq vasitələri sahəsində təhlükəsizliyin təmin edilməsilə bağlı tədbirlərin strategiyası işlənib hazırlanır. Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq, 2011-ci il noyabrın 8-10-da Türkiyənin İstanbul şəhərində reproduktiv sağlamlıq vasitələri ilə təminat sahəsində təhlükəsizliyin advokasiyası alətləri üzrə təlim keçirildi. Tədbirdə Azərbaycan, Moldova, Belarus, Bosniya və Herseqovina, Makedoniya, Ukrayna, Kosovo, Ermənistan daxil olmaqla, səkkiz Şərqi Avropa ölkəsinin Səhiyyə Nazirliklərini və BMT-nin Əhali Fondunun ofislərini təmsil edən nümayəndələr iştirak etdilər.

Diqqəti kontraseptiv təhlükəsizliyin təminatının praktik aspektlərinə cəmləyən təlimin keçirilməsində məqsəd səhiyyə sistemində kontraseptiv təhlükəsizliyin təkmilləşdirilməsi alətlərini təqdim etmək üçün tərəfdaş ölkələrin imkanlarının artırılmasıdır. Təlim sessiyalarını Türkiyədən UNFPA-nın (BMT-nin Əhali Fondunun Şərqi Avropa-Orta Asiya Regional Ofisi) subregional ofisinin rəhbəri, Şərqi Avropa və Mərkəzi Asiya üzrə UNFPA-nın regional ofisinin reproduktiv sağlamlıq vasitələri sahəsində təhlükəsizliyə dair suallarla bağlı müşaviri Ezizgəldi Hellenov, Azərbaycandan İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Teymur Hüseynov, ABŞ-dan Future Groupsun strategiyalarına dair suallarla bağlı baş müşaviri Priya Emmart, eləcə də Özbəkistandan Fərqanə vilayətinin Reproduktiv Sağlamlıq Mərkəzinin rəhbəri Matluba Yusubova apardılar.