Rayonlarda “Antimikrob dərman vasitələrinin istifadəsi” klinik protokolu üzrə təlimlər keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

13 NOVEMBER 2010

Rayonlarda “Antimikrob dərman vasitələrinin istifadəsi” klinik protokolu üzrə təlimlər keçirilib

Klinik protokolların yerlərdə tətbiqi və əhaliyə göstərilən tibb xidmətlərinin səviyyəsini artırmaq məqsədilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin (İSXG) texniki dəstəyi ilə 2010-cu il noyabrın 11-dən 13-dək respublikanın Ağdaş, İsmayıllı və Abşeron rayonlarında fəaliyyət göstərən tibb mütəxəssisləri üçün “Antimikrob dərman vasitələrinin istifadəsi” klinik protokolu və “Farmakoloji nəzarətin gücləndirilməsi” təqdimatı üzrə təlimlər keçirib.

Təlimlərdə Ağdaşdan 30 nəfər, İsmayıllıdan 48 nəfər, Abşerondan 34 nəfər olmaqla, cəmi 112 tibb mütəxəssisi iştirak edib.

“Antimikrob dərman vasitələrinin istifadəsi” klinik protokolu üzrə təlimlər Dünya Bankının məsləhətçisi Asvat Qabulzadə və layihənin meneceri Zakir İsmayılov tərəfindən keçirilib.

“Farmakoloji nəzarətin gücləndirilməsi” təqdimatı isə Dərmanların Analitik ekspertizası Mərkəzinin eksperti təqdim edib.