Rayonlarda “Sabit stenokardiyanın diaqnostika və müalicəsi” klinik protokolu üzrə təlimlər keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

5 FEBRUARY 2010

Rayonlarda “Sabit stenokardiyanın diaqnostika və müalicəsi” klinik protokolu üzrə təlimlər keçirilib

Klinik protokolların yerlərdə tətbiqi və əhaliyə göstərilən tibb xidmətinin səviyyəsini artırmaq məqsədi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi ABŞ-nın Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin (İSXG) texniki dəstəyi ilə 2010-cu ilin yanvar ayının 27-dən 30-dək və fevral ayının 4-də Respublikanın Şəki, Qax, Ağdaş, İsmayıllı və Abşeron rayonlarında ilkin səhiyyə xidmətləri səviyyəsində çalışan kardioloqlar, təcili yardım həkimləri və terapevtlər üçün “Sabit stenokardiyanın diaqnostika və müalicəsi” klinik protokolu üzrə təlimləri keçirmişdir.

Təlimlərdə Şəkidən 51 nəfər, Qaxdan 40 nəfər, Ağdaşdan 57 nəfər, İsmayıllıdan 29 nəfər və Abşeron rayonundan 32 nəfər, cəmi 209 tibb mütəxəssisi iştirak etmişdir.

Klinik protokol üzrə təlimlər Azərbaycan Tibb Universitetin kliniki farmakologiya kafedrasının assistenti, t.e.n. Sevda Quliyeva və Mərkəzi Klinika MMC-nin ürək mərkəzinin mütəxəssis-kardioloqu Cavid Həmşəyev tərəfindən aparılmışdır.