26 NOVEMBER 2008
İctimai Səhiyyə və İslahatlar Mərkəzində Litva nümayəndə heyəti ilə görüş
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində Litva Respublikası Səhiyyə Nazirliyinin Bakıda işgüzar səfərdə olan nümayəndə heyəti ilə görüş keçirildi. Tədbirdə Litva Respublikasının Azərbaycandakı səfiri cənab Kestutis Kudrmanas, Litva Səhiyyə Nazirliyi Tibb bacılarının İxtisaslaşdırılması və Treninq Mərkəzinin baş direktoru Yuozas Ruolia, USAİD-nin İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin, Səhiyyə Sektorunda İslahatlar qrupunun və İSİM-in əməkdaşları iştirak edirdilər.
Görüşdə Litva nümayəndə heyətinin üzvü Raimondas Natka “Litva səhiyyə sisteminin quruluşu”, nümayəndə heyətinin rəhbəri Yuozas Ruolia isə “Tibb bacılarının hazırlanması” mövzularında olan iki təqdimatla iştirakçıları tanış etdilər. Bundan sonra iki ölkənin səhiyyə sektorunda əməkdaşlıq, təcrübə mübadiləsi ilə bağlı diskussiyalar keçirildi.
Litva Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyətinin Bakıya üç günlük səfəri bu ölkənin Azərbaycandakı səfirliyinin təşəbbüsü və iki ölkənin səhiyyə nazirliklərinin razılaşması əsasında baş tutmuşdur.