Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Səhiyyə sahəsində PR və Kommunikasiya” mövzusunda görüş keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

11 MARCH 2008

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Səhiyyə sahəsində PR və Kommunikasiya” mövzusunda görüş keçirildi

İctimai Səhiyyə və İslahatlar Mərkəzində Mərkəzin KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin təşkilatçılığı ilə dövlət qurumları, yerli QHT-lər, beynəlxalq təşkilatların nümayəndələri ilə “Səhiyyə sahəsində PR və Kommunikasiya” mövzusunda görüş keçirildi. Tədbirdə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov, Mərkəzin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisi, Abt Associates, Vişnevskaya-Rostropoviç Fondu, İHCCAG/Janssen-Cilay, İCRS, Chavperson, ACQUIRE Project, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliklərinin iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan İSİM-in KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Nurlan Əliyev qeyd etdi ki, görüşün keçirilməsində əsas məqsəd səhiyyə sektorunda fəaliyyət göstərən yerli QHT-lər və beynəlxalq təşkilatlarla səhiyyə sahəsində PR və kommunikasiya məsələləri, mövcud problemlər, onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparmaq, tərəfdaşlıq və əməkdaşlığın qurulmasını müzakirə etməkdir. 
Səhiyyə sektorunda PR və kommunikasiyanın əhəmiyyətini vurğulayan İSİM direktoru C. Məmmədov Mərkəzin bu istiqamətdə metodik yardım göstərməyə hazır olduğunu bildirdi. C. Məmmədov qeyd etdi ki, bu gün əhalinin səhiyyədə aparılan islahatlar barədə düzgün məlumatlandırılması, səhiyyə məsələləri üzrə televiziya verilişlərinin, əhalinin sağlamlığı ilə bağlı təbliğat və maarifləndirici materiallarının keyfiyyətli hazırlanması olduqca vacib məsələdir. Onun sözlərinə görə, yerli QHT-lər, beynəlxalq təşkilatların Səhiyyə Nazirliyi ilə bu məsələlərdə əməkdaşlıq etmələri məqsədəuyğun olardı və bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi vacibdir. İSİM direktoru KİV nümayəndələri ilə səhiyyə sahəsində PR və kommunikasiya məsələləri ilə bağlı müzakirələrin aparılmasının zəruriliyini də qeyd etdi.
Tədbir iştirakçıları həyata keçirdikləri layihələr, ictimaiyyətlə əlaqələrin qurulması, səhiyyə kommunikasiyası sahəsində gördükləri işlər, üzləşdikləri problemlər, Səhiyyə Nazirliyi ilə əməkdaşlıqları barədə məlumat verdilər. İştirakçılar səhiyyə sahəsində daha effektli PR aparılması, ictimaiyyətlə əlaqələrin qurulması barədə fikirləri ilə bölüşdülər. Bu istiqamətdə üzə çıxan problemlər və onların həlli yolları barədə fikirlərini söylədilər. KİV əməkdaşlarına təlimlərin keçirilməsi onların səhiyyə kommunikasiyası sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsinə necə yardım göstərilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. 
İSİM-in KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin təşkilatçılığıyla bu cür görüşlərin mütəmadi olaraq keçirilməsi ilə bağlı ümumi razılıq əldə olundu.