İSİM-də “ Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip" klinik protokolu üzrə təlimlər keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

28 APRIL 2010

İSİM-də “ Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip" klinik protokolu üzrə təlimlər keçirilib

Klinik protokolların yerlərdə tətbiqi və əhaliyə göstərilən tibb xidmətin səviyyəsini artırmaq məqsədi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzində Bakı səhərinin səhiyyə müəssisələrində fəaliyyət göstərən tibb mütəxəssisləri üçün 2010-cu il aprel ayının 26-dan 28-dək “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip” klinik protokolu üzrə təlimlər keçirilmişdir.

Təlimlərdə Kliniki Tibbi Mərkəzdən 17 nəfər, Respublika Klinik Xəstəxanasından 13 nəfər, 1 №-li Vərəm Əleyhinə Disponserdən 8 nəfər, 6 №-li Uşaq Klinik Xəstəxanasından 9 nəfər, 7 №-li Uşaq Yoluxucu Xəstəxanasından 10 nəfər olmaqla, cəmi 57 tibb mütəxəssisi iştirak etmişdir.

Klinik protokol üzrə təlimlər ET Ağ ciyər xəstəlikləri İnstitutunun direktorunun elmi katibi, həkim-pulmanoloqu Gülzar Əliyeva tərəfindən təqdim olunmuşdur.